"Bakılı oğlanlar"ın keçmiş üzvü ilə bağlı yeni məlumat

"Bakılı oğlanlar"ın keçmiş üzvü ilə bağlı yeni məlumat
  31 Oktyabr 2014    Oxunub:2319
"Bakılı oğlanlar" komandasının keçmiş üzvü olduğu deyilən İlqar İmanovun Rusiyadakı evində 174 kiloqram heroin aşkarlanıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiya Federasiyasının Narkotiklərin dövriyyəsinə nəzarət üzrə Federal Xidmətinin direktoru Viktor İvanov bildirib ki, qruplaşmanın təşkilatçısı saxlanılıb.

V.İvanov daha əvvəl bəyan etmişdi ki, İ.İmanovun malikanəsində dəyəri 500 milyon dollar olan 174 kiloqram heroin tapılıb.

O, qeyd edib ki, məhkəmədən təşkilatçıya ömürlük həbs cəzasının verilməsini tələb edəcəklər.

Federal Xidmətin direktoru əlavə edib ki, keçmiş KVN-çi olduğu deyilən şəxsin narkotik maddələrin tədarükündə iştirakı ilə bağlı dəlil yoxdur: "O, istintaqda cavab vermək üçün Türkiyədən Rusiyaya yola düşüb".

Qeyd edək ki, Rusiya KİV-lərində "Bakılı oğlanlar"ın keçmiş üzvü olduğu deyilən şəxsin adı, soyadı müxtəlif formada - İlqar Nazim oğlu İmanov, İlqar Nadim oğlu Nimanov və İldar Nurimanov kimi yazılıb.


Teqlər:





Xəbər lenti