"Avtovağzal" metrosu mayda da açılmayacaq
Eyni xətt üzrə “Memar Əcəmi-2” stansiyası tikilir. Böyük ehtimalla hər iki stansiyanın açılışı eyni vaxtda olacaq. “Avtovağzal” stansiyasının yanında depo da inşa olunmalıdır. İşlər qrafikə uyğun davam etdirilir. Heç bir ciddi problem yoxdur.
Yeni stansiyalar həm görünüş, həm təhlükəsizlik, həm də daxili quruluş etibarilə fərqlənəcək. Müasir texnologiyalar və yeni avadanlıqlarla təchiz olunmuş “Avtovağzal” stansiyasında platformalar 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub”. /Media forum/
Teqlər: