"Atletiko" İspaniya superkubokunu qazandı

"Atletiko" İspaniya superkubokunu qazandı
  23 Avqust 2014    Oxunub:2564
İspaniya superkubokunun sahibi bəlli olub.
AzVision.az-ın məlumatına görə, son oyunda Madridin “Atletiko” və "Real" klubları üz-üzə gəlib.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi(1:1) Bu dəfə baş tutan qarşılaşma isə "Atletiko"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Atletiko” tarixində ikinci dəfə İspaniya superkubokunu qazanıb.

Xatırladaq ki, paytaxt klubu ilk dəfə 1985-ci ildə İspaniya superkubokunu qazanıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti