Arif Vəliyevi kim əvəzləyir?-AÇIQLAMA

 Arif Vəliyevi kim əvəzləyir?-AÇIQLAMA
  23 İyul 2014    Oxunub:905
“Hazırda Dövlət Statistika Komitəsinin sədri vəzifəsini Həmid Bağırov icra edir”.

Bunu AzVision.az-a açıqlamasında Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin rəhbəri Meri Əmirova deyib. Onun sözlərinə görə, Həmid Bağırov keçmiş sədr Arif Vəliyevin birinci müavinidir.

“Yeni sədrin nə vaxt təyin ediləcəyi ilə bağlı bizdə də məlumat yoxdur. Komitənin 3 sədr müavini var. Hazırda isə keçmiş sədrin səlahiyyətlərini icra edən Həmid müəllim birinci müavindir”.

Xatırladaq ki, iyunun 23-də Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev uzun sürən xəstəlikdən sonra vəfat edib. O, II Fəxri Xiyabanda torpağa tapşırılıb. A. Vəliyev 1993-cü ilin mayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti