Zorla nişanlanan qız özünü asdı

Zorla nişanlanan qız özünü asdı
  30 May 2015    Oxunub:2414
Ötən gün Masallı rayonunda gənc qızın asılmış meyiti tapılıb. Hadisə rayonun Hacıtəpə kəndində qeydə alınıb.
İnsident barədə axşam saatlarında məlumat verilib. Hadisə yerinə gedən hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb. Araşdırmalar zamanı asılmış qızın 17 yaşlı Səbinə Kərimova olduğu məlum olub. Meyit müayinə edilib və məlum olub ki, qız intihar edib.

Anspress-in əldə etdiyi məlumata görə, gənc qız nişanlı olub. Lakin o, nişanlısını sevməyib. Bu səbəbdən də qız ona ərə getmək istəmirmiş.

Lakin qızın valideynləri və nişanlısı ondan əl çəkməyib. İntihara da məhz bunun səbəb ola biləcəyi istisna edilmir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti