Ziya Məmmədovdan iş istədilər

Ziya Məmmədovdan iş istədilər
  30 Yanvar 2015    Oxunub:1570
Bu gün nəqliyyat naziri Ziya Məmmədov Bərdə şəhərində Bərdə, Ağdam və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.
AzVision.az xəbər verir ki, Nəqliyyat Nazirliyinin digər struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların nəqliyyat məsələləri ilə bağlı müraciətlərinə baxılıb.

Müraciətlər əsasən rayonlararası və kənddaxili yolların bərpası, qəza vəziyyətində olan körpülərin təmiri, eləcə də işə qəbul məsələləri ilə bağlı olub. Bəzi müraciətlər yerindəcə həll edilib. Qaldırılan bir sıra məsələlər isə tədbir görülmək üçün nəzarətə götürülüb.

Qəbulda nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb.

https://azvision.az/redirect.php?url=http://azertag.az/xeber/828621


Teqlər:





Xəbər lenti