Ziya Məmmədov yeni rəis təyin etdi

Ziya Məmmədov yeni rəis təyin etdi
  04 Avqust 2015    Oxunub:2463
Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub.
AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis təyin edilib.

Nəqliyyat naziri Ziya Məmmədovun 3 avqust 2015-ci il tarixli əmri ilə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Yeni təyinata qədər E.Abdullayev “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin baş direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov olub.


Teqlər:





Xəbər lenti