Ziya Məmmədov fəhlələrin yıxıldığı körpüdə - FOTO

Ziya Məmmədov fəhlələrin yıxıldığı körpüdə - FOTO
  27 İyul 2014    Oxunub:1908
Dəmir yolunun Poylu-Salahlı mənzilinin 73-cü kilometrində Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsü istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə nəqliyyat naziri Ziya Məmmədov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov, “Evrascon” şirkətinin baş direktoru Manaf Şirinov iştirak ediblər.

AzVision.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AzərTAc-a bildirib ki, 208 metr uzunluğunda olan bu körpünün istifadəyə verilməsi sayəsində ərazidəki birxətli dəmir yolu ikixətli dəmir yolu ilə əvəzlənəcək və qatarların hərəkətinin təhlükəsizliyi təmin olunacaq. Ümumiyyətlə, ikinci körpünün tikintisi yolun səmərəliliyi və rəqabətə davamlılığının artırılması istiqamətində əhəmiyyətli addımdır.

Həmçinin Poylu stansiyasının girişindən başlayaraq, yeni tikilən körpünün üzərindən keçməklə Salahlı-Poylu mənzilinin 73-cü kilometrinə qədər 1900 metr uzunluqda yeni dəmir yolunun qoyuluşu da həyata keçirilib.

Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və infrastruktur departamentinin müvafiq qurumları həyata keçiriblər.

Qeyd edək ki, ötən gün həmin körpü üzərində qaynaq işləri apararkən 5 fəhlə dəmir pilləkən anidən qırılıması nəticəsində 10 metr hündürlükdən yerə düşüblər.

AzVision.az


Teqlər:





Xəbər lenti