Zirzəmidə gizlətdiyi 150 mini sevgilisi oğurladı

Zirzəmidə gizlətdiyi 150 mini sevgilisi oğurladı
  24 Avqust 2016    Oxunub:2381
Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.
AzVision.az “Report”-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb.

Məlumata görə, qəsəbənin Şəfqət küçəsində yaşayan 35 yaşlı Nuranə Mirzəyeva hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qeyri-rəsmi nikahda olduğu Füzuli rayon sakini 31 yaşlı Xəyyam Əbdülrəhimov evinin zirzəmisində basdırdığı 150 min manat pulunu oğurlayıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti