Zirə və Pirallahıda qaz olmayacaq

Zirə və Pirallahıda qaz olmayacaq
  18 Yanvar 2017    Oxunub:1744
Sabah Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, yanvarın 19-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin balansında olan “Pirallahı-Qala” qaz kəmərinin müəyyən hissəsində təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Pirallahı rayonunun Pirallahı qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti