“CinemaPlus”un onlayn radiosu fəaliyyətə başladı

“CinemaPlus”un onlayn radiosu fəaliyyətə başladı
  26 May 2016    Oxunub:1639
“CinemaPlus” premium kinoteatrlar şəbəkəsi öz yeni onlayn radiosunu işə salıb.
Bu barədə AzVision.az-a şəbəkədən daxil olan məlumatda bildirilir.

Bundan sonra həftənin 7 günü, 24 saat, “CinemaPlus” kinoteatrlarının foyesində sevimli mahnılara, müxtəlif janrlarda musiqilərə, məşhur filmlərin saundtreklərinə qulaq asmaq olar. Ən son hitləri çox keyfiyyətli səslənmə ilə “CinemaPlus”un onlayn radiosunda dinləmək olar.

Radio yalnız musiqi sevərlər üçün deyil. Həmçin yerli şirkətlər də radioda öz reklamını yerləşdirə bilərlər.

“CinemaPlus” əmindir ki, onlayn radio yaxın bir zamanda çox insanların ən sevdiyi radio kanala çevriləcək.

Radionu onlayn dinləmək üçün www.cinemaplus.az/radio linkinə daxil ola bilərsiniz.
Kinoteatr bu layihəni “ALTÜST Media” şirkəti ilə birgə işə salıb.

Qeyd etmək istəyirik ki, Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində “CinemaPlus” kinoteatrının açılışı keçirilib, hansı ki, Nizami 8 ünvanında, “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

“CinemaPlus” 28 Mall, Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Dolğun məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti