Zeynəb Xanlarova parlamentə niyə gəlmir?

Zeynəb Xanlarova parlamentə niyə gəlmir?
  28 Noyabr 2014    Oxunub:3291
Xalq artisti, millət vəkili Zeynəb Xanlarova artıq bir neçə dəfədir ki, Milli Məclisin iclaslarında iştirak etmir.
AzVision. az Zeynəb Xanlarovanın harada olmasını ilə maraqlanıb. Millət vəkilinin köməkçisi saytımıza bildirilib ki, Z. Xanlarova hazırda Türkiyədədir:

“Zeynəb xanım üzrlü səbəbdən görünə bilmir. O, bir müddət öncə Amerikadan Azərbaycana qayıtmışdı. Zeynəb xanımın Amerikada, Kanada da konsertləri olmalıdır. Müqavilələrinin vaxtı bitmişdi. Yenidən müqavilələr bağladı. Sənədlərlə əlaqədar Türkiyəyə səfər edib. Səhhəti normaldır. Onu televiziya və Milli Məclisdə də gördülər. Çox gözəldi. Səhhəti ilə bağlı heç bir problemi yoxdur. Ayın axırı Azərbaycana gələcək”.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti