Zeynəb Xanlarova cavanlaşmaq istəyir

Zeynəb Xanlarova cavanlaşmaq istəyir
  28 Yanvar 2015    Oxunub:6027
Azərbaycanın Xalq artisti, millət vəkili Zeynəb Xanlarova Türkiyədə konsert verəcək. Bu məqsədlə xanım sənətçi bu səhər Türkiyəyə gedib.
Bu barədə AzVision.az-a millət vəkilinin köməkçisi məlumat verib. Bildirib ki, Zeynəb Xanlarova konsertlərlə əlaqədar olaraq Türkiyəyə səfər edib:

“O, mart ayında Amerikada, Türkiyədə böyük konsertlərlə çıxış edəcək. Xalq artisti həmin konsert proqramlarına hazırlıq məqsədi ilə Türkiyəyə səfər edib”.

Xalq artistinin köməkçisi həmçinin qeyd edib ki, Z. Xanlarova son günlər çox arıqlayıb:

“Zeynəb xanım son günlər idmanla məşğul olmağa başlayıb. Ona görə də çox arıqlayıb. Zeynəb xanım həmişəki kimi çox gözəldir. Onun səhhətində heç bir problem yoxdur. İdmanla özünü arıqladaraq cavan görünməyə çalışır”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti