Zəncirvari qəza 6 min ziyan vurdu

Zəncirvari qəza 6 min ziyan vurdu
  26 Noyabr 2015    Oxunub:1416
Bu gün günorta saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun 9-cu kilometrliyində baş vermiş zəncirvari avtomobil qəzası zamanı yol təsərrüfatına ziyan dəyib.
Nəqliyat Nazirliyinin “Azəryolservis” ASC-dən AzVision.az - a daxil olan məlumata görə, Bakı Dairəvi-1 avtomobil yolunun Lökbatan dairəsi istiqamətində hərəkətdə olan “Daewoo” markalı 10-TB-307 dövlət nömrə nişanlı Bakı-Qazax reysi üzrə sərnişin daşıyan avtobus yol ayrıcında olan əyri xətli dəmir tirlərə dəyib.

İlkin ehtimallara görə, sərnişin avtobusunun sürücüsü ara məsafəsinin düzgün seçilməməsi səbəbindən qarşıda olan avtomobillərlə toqquşmanın qarşısını almaq üçün idarə etdiyi nəqliyyat vasitəsini əyri xətli dəmir tirlərə çırpıb. Nəticədə 56 paqonmetr əyri xətli dəmir tirləri və 1 ədəd yol nişanı sıradan çıxıb.

"Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 5 800 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq aidiyyəti üzrə göndərilib", - “Azəryolservis”dən bildirilib.


Teqlər:  





Xəbər lenti