Zəlzələ qurbanları yandırılır - FOTOLAR

Zəlzələ qurbanları yandırılır - FOTOLAR
  28 Aprel 2015    Oxunub:1744
Nepalda baş verən 7,8 bal gücündə zəlzələdən sonra ölənlərin sayı 3 min 815 nəfər çatıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölənlərin sayının artması yoluxucu xəstəliklərin meydana gəlməsi riskini yaradır. Buna görə də nepallılar cəsədləri yandırmağa başlayıb. Onlar cəsədlərin yandırılması işini xüsusi ritualla, dini inanclarına uyğun həyata keçirirlər.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 7 mindən çox adamın yaralanıb və qalıqlar altında qalanların axtarış-xilasetmə işləri davam etdrilir.

Qeyd edək ki, bu zəlzələ Nepalda 1934-cü ildə baş verən və 10 mindən çox adamın ölümü ilə nəticələnən 8,1 bal gücündəki zəlzələdən sonra ən güclü yeraltı təkandır.

Fatimə Kərimli

Qalereya




Teqlər:





Xəbər lenti