Zaqatalada canavarlar kəndə hücum çəkdi

Zaqatalada canavarlar kəndə hücum çəkdi
  30 May 2016    Oxunub:1514
Ötən gün səhər saatlarında Zaqatalanın Qandax kəndinə canavar hücumu olub.
Ev sahibi Əsgərov Akif Şəmsun oğlunun "Report"a verdiyi xəbərə görə, həyətindəki tövləyə daxil olan yırtıcılar, 42 baş qoyundan 18-ni parçalayıb, 9-na xəsarət yetiriblər.

Hadisə yerinə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları gəlib, dezinfeksiya işləri aparılıb. Tələf olan qoyunlar dərmanlanaraq basdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti