Zaqatalada 6 otaqlı ev yanıb

Zaqatalada 6 otaqlı ev yanıb
  23 Yanvar 2017    Oxunub:1878
Zaqatalada fərdi evdə yanğın baş verib.
AzVision.az-ın APA-ya istinadla məlumatına görə, yanğın yanvarın 22-i axşam saat 19:40 radələrində rayonun Mosul kəndində, kənd sakini Süleyman Rəcəb oğlu Məmmədova məxsus, ümumi sahəsi 156 kv/m olan kürsülü birmərtəbəli 6 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının qarşısı alınıb. Yanğın nəticəsində evin dam örtüyü və tavanından 32 kv/m-lik sahə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Fakla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti