Zakir Qaralovdan yeni prokuror təyinatları

Zakir Qaralovdan yeni prokuror təyinatları
  28 İyun 2016    Oxunub:12842
Azərbaycanda prokurorluq orqanlarında yeni təyinatlar həyata keçirilib.
AzVision.az xəbər verir ki, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Ramazan Hadıyev Füzuli rayon prokuroru vəzifəsinə təyin edilib.

Ədliyyə müşaviri olan Ramazan Hadıyev Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı işləyib.

Bundan başqa baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Namiq Muradov Xocavənd rayon prokuroru vəzifəsinə təyin edilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti