Zakir Həsənovun müavini Moskvada Ohanyanı susdurdu

Zakir Həsənovun müavini Moskvada Ohanyanı susdurdu
  28 Aprel 2016    Oxunub:4851
“Ermənistan müdafiə naziri Seyran Ohanyanın Moskvada təhlükəsizlik məsələləri üzrə beynəlxalq konfransda çıxışı erməni tərəfinin öncədən hazırlanmış təxribatıdır. Məqsəd beynəlxalq tədbir iştirakçılarının diqqətini münaqişə zonasında baş verənlərə cəlb etməkdir”.
AzVision.az xəbər verir ki, bunu AZƏRTAC-ın müxbirinə eksklüziv müsahibəsində Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev Ermənistan müdafiə nazirinin Moskvada keçirilən beynəlxalq konfransda təxribat xarakterli çıxışına cavabında deyib.

“Erməni naziri “sülhməramlı” qismində çıxış edərkən, Ermənistan silahlı qüvvələri artıq üç gecədir cəbhə zonasında yaşayan Azərbaycanın dinc əhalisini atəşə tutur. Dinc sakinləri və onların evlərini atəşə tutan erməni tərəfindən fərqli olaraq, Azərbaycan ordusu yalnız düşmənin atəş nöqtələrinə preventiv cavab zərbələri endirir”, - deyə o vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti