Zakir Həsənovdan Ramazan təbriki

Zakir Həsənovdan  Ramazan təbriki
  26 İyul 2014    Oxunub:836
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ramazan bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
Bu barədə AzVision.az müdafiə nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Təbrikdə qeyd olunub ki, bərabərlik və mənəvi təmizlik kimi yüksək əxlaqi hisslər aşılayan, nəsildən-nəslə ötürülərək bu günümüzə qədər yaşadılan Ramazan bayramı yüksək səviyyədə qeyd olunur: `İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız`.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti