Zakir Həsənov qırıcıya mindi - Fotolar

Zakir Həsənov qırıcıya mindi - Fotolar
  03 Sentyabr 2015    Oxunub:3272
Müdafiə naziri general, polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, eləcə də Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun “TurAz Qartalı - 2015” birgə taktiki təlimlərində iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodromda olublar.
AzVision.az -ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri iki ölkənin təhlükəsizliyi baxımından təlimlərin əhəmiyyətini vacib sayaraq bildirib ki, bu, hərbi gücün daha bir nümunəsidir. O, təlim iştirakçılarına uğurlar arzulayaraq döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsindən məmnun qaldığını ifadə edib.

Təlimlərin Azərbaycanda keçirilməsinin vacibliyini vurğulayan səfir İ.Coşkun qürur hissi keçirdiyini bildirərək son illərdə bu cür birgə təlimlərin keçirilməsinin artıq ənənə halını almasını xüsusi qeyd edib.

Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq olub.
Müdafiə naziri uçuş və texniki heyətlə görüşərək döyüş aviasiyasına baxış keçirib, onların taktiki-texniki xüsusiyyətləri, tətbiqi imkanları, həmçinin müxtəlif təyinatlı atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb.

Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının geniş konsert proqramından sonra təlimlərdə iştirak edən aviasiya vasitələrinin nümunəvi uçuşları nümayiş olu


Teqlər:  





Xəbər lenti