Zakir Həsənov prezidentlə görüşə gedir

Zakir Həsənov prezidentlə görüşə gedir
  28 Yanvar 2015    Oxunub:1744
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Sloveniyaya səfəri çərçivəsində iki ölkənin hərbi əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Bu barədə Trend-ə Sloveniyanın Azərbaycandakı səfiri (iqamətgahı Ankarada yerləşir) Milan Yazbeç deyib.

Diplomatın sözlərinə görə, səfər martın 11-13-də baş tutacaq. Səfər çərçivəsində Azərbaycanın müdafiə naziri sloveniyalı həmkarı Yanko Veberlə görüş keçirəcək:

"Habelə Azərbaycan müdafiə nazirinin Sloveniyanın Prezidenti və Baş naziri ilə görüşü də planlaşdırılıb".


Teqlər:





Xəbər lenti