Zakir Həsənov kral və xanımı ilə görüşüb
Görüş zamanı nazir Z. Həsənov Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin salamlarını Krala çatdırıb. Silahlı Qüvvələr Günü münasibətilə krala təbriklərini çatdıran müdafiə naziri İspaniyaya səfərindən məmnunluğunu ifadə edib, səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib.
Azərbaycan xalqını 28 May-Respublika Günü münasibətilə təbrik edən və ona əmin-amanlıq arzulayan Kral VI Felipe öz növbəsində onun da salamlarını prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
AzVision.az
Teqlər: