Zakir Həsənov Yapon səfirlə görüşdü

Zakir Həsənov Yapon səfirlə görüşdü
  03 Mart 2015    Oxunub:1254
Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Tsuquo Takahaşini qəbul edib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması barədə fikir mübadiləsi aparılıb.

AzVision.az





Teqlər:





Xəbər lenti