Zakir Həsənov Sergey Şoyqu ilə görüşüb

Zakir Həsənov Sergey Şoyqu ilə görüşüb
  01 Avqust 2015    Oxunub:3915
Bu gün Moskva vilayətində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, görüş nümayəndə heyətinin iştirakı olmadan təkbətək keçirilib. Görüşdə regional təhlükəsizliyə dair aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Mətbuat görüşün yalnız protokol hissəsinə buraxılıb, müzakirələr jurnalistlərin iştitak olmadan davam etdirilib.


Teqlər:





Xəbər lenti