Zakir Həsənov Qarabağ problemini müzakirə etdi

Zakir Həsənov Qarabağ problemini müzakirə etdi
  28 Sentyabr 2016    Oxunub:1729
Müdafiə Nazirliyində müdafiə naziri, general-polkovnik Zakir Həsənov "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Azərbaycanda səfərdə olan Çexiya Respublikası Müdafiə nazirinin müavini Yakub Landovski ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti