Zakir Həsənov Moskvaya gedib

Zakir Həsənov Moskvaya gedib
  31 İyul 2015    Oxunub:2465
İyulun 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə gedib.
Bu barədə AzVision.az - a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri avqustun 1-də beynəlxalq hərbi oyunların təntənəli açılış mərasimində iştirak edəcək. Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılır.


Teqlər:





Xəbər lenti