Zakir Həsənov Litvanın baş naziri ilə görüşüb -FOTOLAR

Zakir Həsənov Litvanın baş naziri ilə görüşüb -FOTOLAR
  02 İyul 2015    Oxunub:2562
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Litvanın baş naziri Algirdas Butkeviçius ilə görüşüb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.

İkitərəfli əməkdaşlıq sahəsində yaxşı təcrübənin mövcudluğunu qeyd edən müdafiə naziri qarşılıqlı əlaqələrin genişləndirilməsinin Azərbaycan üçün faydalı olduğunu xüsusi vurğulayıb.

Z.Həsənov bildirib ki, ölkələr arasında məsləhətləşmələrin aparılması və əməkdaşlığın genişləndirilməsi Avrasiya məkanında sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.

Tərəflər beynəlxalq terrorizm, ekstremizmin bütün növləri, təcavüzkar separatizm və digər bu kimi beynəlxalq təhlükəsizlik və sabitliyə təhlükə törədən ümumi təhdidləri pisləyib və onlara qarşı mübarizədə beynəlxalq səylərin artırılmasının zəruriliyini xüsusi qeyd ediblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Sonra Z. Həsənov 1991-ci ildə keçmiş sovetlər birliyindən ayrılaraq Litvanın müstəqillik qazanması uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış Müstəqillik abidəsini ziyarət edərək önünə əklil qoyub.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti