Zakir Həsənov İstanbulda sərgidə

Zakir Həsənov İstanbulda sərgidə
  05 May 2015    Oxunub:1770
Türkiyə Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün mayın 5-də İstanbul şəhərinə gedib.
AzVision.az nazirliyin rəsmi səhifəsinə istinadən xəbər verir ki, nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirəcək, müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olacaqdır.

Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli görüşlər, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Hülusi Akar ilə görüş planlaşdırılıb.


Teqlər:  





Xəbər lenti