Zakir Həsənov Fəxri xiyabanda - FOTOLAR

Zakir Həsənov Fəxri xiyabanda - FOTOLAR
  26 İyun 2016    Oxunub:2630
İyunun 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına əklil və gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına da əklil və gül dəstələri qoyulub.







AzVision.az


Teqlər:  





Xəbər lenti