Zakir Həsənov BQXK rəhbərini qəbul edib

Zakir Həsənov BQXK rəhbərini qəbul edib
  24 İyul 2014    Oxunub:817
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duranı qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə beynəlxalq qurumla ölkəmiz arasında qarşılıqlı əlaqələr, həyata keçirilən fəaliyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və humanitar əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti