Zakir Həsənov hələ də cəbhə bölgəsindədir - Fotolar

Zakir Həsənov hələ də cəbhə bölgəsindədir - Fotolar
  14 Oktyabr 2016    Oxunub:2282
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni hərbi hissələrdə tikinti-inşaat işləri davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir neçə hərbi hissədə aparılan inşaat işlərinin gedişatını yoxlayıb.

Müdafiə nazirinə məruzə edilib ki, hərbi şəhərciklərdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunmuş qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələri məqsədilə müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana və hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektləri də nəzərdə tutulub.

Cəbhəboyu zonaya səfəri çərçivəsində general-polkovnik Zakir Həsənov inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti