Zabratdakı partlayışla bağlı rəsmi məlumat

Zabratdakı partlayışla bağlı rəsmi məlumat
  22 Fevral 2017    Oxunub:1504
Daxili İşlər Nazirliyi (DİN) Zabratda baş vermiş partlayışla bağlı məlumat yayıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, fevralın 21-də saat 13 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsindəki kafelərdən birində məişətdə istifadə edilən qaz balonunun nasazlığından baş vermiş ani partlayış nəticəsində kafedə dağıntı baş verib.

Orada işləyən 4 nəfər paytaxt sakini aldıqları yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti