Zabratda hamilə arvadına əzab verən kişi tutulub

Zabratda hamilə arvadına əzab verən kişi tutulub
  27 İyul 2015    Oxunub:2722
Bakı şəhər Baş Polis idarəsi və Bakı şəhər Prokurorluğu paytaxtda qadının həyat yoldaşı tərəfindən işgəncəyə məruz qalması olayı ilə bağlı məlumat yayıb.
Prokurorluqdan AzVision.az - a daxil olan məlumatda bildirilir ki, Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilməklə kifayət qədər əsaslar olduğundan cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2-ci (əzab vermə aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsinə tövsif edilib.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Rüfət Mehtiyev tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti