Yüksək vəzifəli məmur rüşvətə görə saxlanıldı

Yüksək vəzifəli məmur rüşvətə görə saxlanıldı
  27 Mart 2015    Oxunub:2851
Rusiyada Çelyabinsk qubernatorunun müavini Nikolay Sandakov böyük məbləğdə rüşvət aldığına görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
BBC-nin verdiyi xəbərə görə, Sandakov böyük məbləğdə rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Çelyabinsk vilayətinin qubernatoru Boris Dubrovskinin mətbuat xidmətindən bildirilib ki, bölgənin rəhbəri müavininin saxlanılması ilə bağlı hazırlanan əməliyyat barədə məlumatlı olub.

“Boris Dubrovski bu hadisəyədək keçirilmiş bütün tədbirlərdən xəbərdar olub və əməliyyat barədə də məlumatlandırılıb”, - deyə qubernatorun mətbuat katibi Oleq Qrişankov bildirib.


Teqlər:





Xəbər lenti