Yolu keçən ata-balanı maşın vurdu

Yolu keçən ata-balanı maşın vurdu
  01 Aprel 2015    Oxunub:1649
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 31-də saat 23 radələrində Sumqayıt şəhərində şəhər sakini Seymur Məhərrəmov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini İlham Poladovu və onun oğlu İsmayılı vurub. Piyadalar hər ikisi hadisə yerində ölüblər.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti