“Azəravtoyol” ASC-dən
AzVision.az-a verilən məlumata görə, görülən tədbirlərə baxmayaraq, 2016-cı ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 301 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4082.75 paqon-metr əyrixətli tirlər, 10 ədəd işıq dirəyi, 12 paqon-metr səsboğucu qurğu, 18 ədəd dəmir-beton sədlər, 98 paqon-metr qoruyucu metal çəpər, 20 paqon-metr körpü məhəccəri, 9 paqon-metr istinad divarı və 11 ədəd yol nişanı yararsız hala düşüb.
Ümümilikdə yol təsərrüfatına 321 996.25 manat məbləğində maddi ziyan dəyib, bundan da 142 599.31 manatı ödənilib.
AzVision.az