Yol polisləri qəzaya düşdü - yaralı var

Yol polisləri qəzaya düşdü - yaralı var
  18 Dekabr 2014    Oxunub:2022
Abşeron rayonunda yol patrul xidmətinin əməkdaşları qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə zamanı bir polis əməkdaşı yaralanıb.

Qəza Xırdalan şəhərində qeydə alınıb. 25 yaşlı polis Yusifli Tural Elşad oğlu xidməti maşını ilə qəza törədib. Qəza zamanı xəsarət alan T.Yusifli təcili yardım vasitəsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Kəllə-beyin tramvası ilə xəstəxanaya yerləşdirilən yaralıya həkimlər tibbi yardım göstərib.

Xəstəxanadan verilən məlumata görə, hazırda yol polisinin vəziyyəti orta ağırdır. Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti