Yol polisi sürücünü döydü? - VİDEO

Yol polisi sürücünü döydü? - VİDEO
  22 Noyabr 2014    Oxunub:2396
Ağcabədidə polislə sürücü arasında yaranan narazılıq qalmaqalla nəticələnib.
AzVision.az xəbər verir ki, bu barədə anspress-in “Qaynar xətti”nə bildiriblər.

Verilən məlumata görə, Ağcabədi rayonu ərazisində Rafiq Nadir oğlu Nəzərov polis tərəfindən saxlanılıb. Polis ondan sənədlərini tələb edib. Lakin Rafiq Nəzərovun sənədləri olmayıb.

Bu zaman polis onun avtomobilini cərimə meydançasına aparmaq istəyib. Lakin sürücü onlara mane olub. Arada yaranan mübahisə zamanı sürücü ilə polis arasında dava düşüb.

Verilən məlumata görə, R.Nəzərov polis tərəfindən döyülüb. Bu barədə vətəndaş rayon Prokurorluğuna şikayət edib.

Ağcabədi rayon prokurorunun böyük köməkçisi Ələstun Quliyev açıqlamasında bildirib ki, Rafiq Nadir oğlu Nəzərov həqiqətən də prokurorluğa şikayət edib. O, açıqlamasında bildirib ki, hazırda şikayət araşdırılıb.




Teqlər:





Xəbər lenti