Yol təsərrüfatına 593 min ziyan dəyib

Yol təsərrüfatına 593 min ziyan dəyib
  25 Oktyabr 2016    Oxunub:1193
2016-cı ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 494 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6783,1 p/m əyrixətli tirlər, 12 ədəd işıq dirəyi, 12 p/m səsboğucu qurğu, 139 metr dəmir-beton sədlər, 30 p/m körpü məhəccəri, 31 p/m istinad divarı və 29 ədəd yol nişanı yararsız hala düşüb.
AzVision.az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC tərəfindən 2016-cı ilin 9 ayı ərzində yaydığı hesabatda qeyd olunub.

Bildirilib ki, ümümilikdə yol təsərrüfatına 593 238,0 manat məbləğində maddi ziyan dəyib, bundan 294 871,0 manat (49,7%) ödənilib.

Eyni zamanda dəymiş ziyanın ödənilməsi məqsədilə, 334 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 51 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunub, 105 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti