Yəzidilər ermənilərə təşəkkür etdilər

Yəzidilər ermənilərə təşəkkür etdilər
  22 Avqust 2014    Oxunub:3402
Tanınmamış Qarabağ Respublikası yəzidilərə sığınacaq təklif edib.

Xəbər verdiyimiz kimi 15 gün öncə İraq Kürdüstanınında (Şimali İraqda) Yəzidi Kürdlərin Xilas Komitəsi yaradılıb. Komitə yəzidi kürdlərə yardım, bölgədə toqquşmalar zamanı itkin düşmüş yəzidilərin axtarılması işləri ilə məşğul olur.

Bu gün “Midiya Şanqal” Yəzidi Milli Birliyinin rəhbəri Amo Şaroyan mətbuat konfransında komitənin gördüyü işlər barədə məlumat verib. Ermənilərin yəzidi kürdlərə köməyi xüsusi vurğulayan Şaroyan bütün kürdlər adından qondarma Qarabağ rəhbərliyinə təşəkkür edib.

“Qaçqınlarımıza sığınacaq verdiyi üçün “Qarabağ Respublikasına” dərin minnətdarlığımızı bildiririk. Öz problemləri olmasına baxmayaraq biz yəzidilərə kömək etməyə hazırdırlar”- Şaroyan deyib.

Qeyd edək ki, rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ torpaqlarına ayaq basan istənilən şəxs `persona non qrata` - arzuedilməz şəxs elan edilir.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti