Yevlaxda mənzildən meyit tapılıb

Yevlaxda mənzildən meyit tapılıb
  29 Avqust 2015    Oxunub:1535
Yevlaxda mənzildən meyit tapılıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin giriş qapısını açıb, 1972-ci il təvəllüdlü Musayev Mansur Rüstəm oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:32-də başa çatıb.


Teqlər:





Xəbər lenti