Yevlaxda ana və oğulun faciəvi sonu

Yevlaxda ana və oğulun faciəvi sonu
  30 Avqust 2016    Oxunub:2110
Yevlax və Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 29-da saat 23 radələrində Yevlax rayonunun Qaraməmmədli kəndində kənd sakinləri Əli Heydərovun idarə etdiyi “MTZ-80” markalı traktorla və Qəhrəman Allahverdiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub. Nəticədə Q.Allahverdiyev və sərnişini - anası Raya hadisə yerində ölüb.

Bundan bir gün əvvəl isə, avqustun 28-də Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakini Pünhan Məsiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə P.Məsiyevin sərnişini Süleyman Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti