Yerevanda polis etirazçıları dağıdır – CANLI YAYIM

Yerevanda polis etirazçıları dağıdır – CANLI YAYIM
  06 İyul 2015    Oxunub:-9894983
Ermənistan paytaxtı Yerevanın Baqramyan prospektində polis barrikadanı dağıtmağa başlayıb.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Qeyd edək ki, Ermənistan polis aksiya iştirakçılarına Bakı vaxtı ilə 13.30-dək vaxt vermişdi. Hazırda aksiya iştirakçıları polisə müqavimət göstərir.

Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirdilər.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti