Yerevanda müxalifətçilərin maşınları yandırılıb

Yerevanda müxalifətçilərin maşınları yandırılıb
  27 Noyabr 2014    Oxunub:1426
Son 24 saat ərzində Ermənistanın paytaxtı Yerevanda müxalif “Predparlament” təşkilatının dörd üzvünün maşını yandırılıb.
Bu barədə AzVision.az “Arminfo”ya istinadən xəbər verir.

Təşkilata üzv Şaqen Petrosyan, Vardan Akopyan, Varujan Avetisyan, Susanna Melkonyana məxsus avtomobillər yandırılıb. Təşkilatın digər üzvü Karo Eqnukyanın maşının da yandırmağa cəhd edilsə də, yanğının qarşıs vaxtında alınıb.

Qeyd edək ki, “Predparlament” nümayəndələri öz avtomobilləri ilə “Rejimsiz-100 il” avtoyürüşündə iştirak edirdilər. Yürüşün əsas məqsədi isə qondarma “erməni soyqırım”nın 100 illiyinə qədər Ermənistanda hakimiyyət dəyişikliyi etməkdir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti