Yerevanda mitinqin dağıdılması – VİDEO

Yerevanda mitinqin dağıdılması – VİDEO
  06 İyul 2015    Oxunub:3280
Ermənistan polisi Yerevanın mərkəzində yerləşən Baqramyan prospektini etirazçılardan təmizləyib.

AzVision.az
erməni KİV-nə istinadən xəbər verir ki, mitinqin dağıdılması nəticəsində 46 nəfər saxlanılıb.

Xatırladaq ki, Ermənistan polis aksiya iştirakçılarına Bakı vaxtı ilə 13.30-dək vaxt vermişdi.

Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.

Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirdilər.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti