Yeni polis bölməsi yaradılıb

Yeni polis bölməsi yaradılıb
  04 Avqust 2015    Oxunub:7302
Bakıda yeni polis bölməsi yaradılıb.
AzVision.az - AzVision.az - Lent.az-a istinadən xəbər verir ki, yeni fəaliyyətə başlayan 41-ci Polis Bölməsi Səbail rayon Polis İdarəsinin tərkibində yaradılıb. Yeni bölmənin xidməti ərazisi kimi Badamdar qəsəbəsi müəyyən edilib.

Badamdar qəsəbəsi daha əvvəl 8-ci Polis Bölməsinin ərazisi olub.

Qeyd edək ki, yeni yaradılmış bölməyə hələlik rəis təyin edilməyib. Rəis vəzifəsini rəisin müavini, polis polkovnik-leytenantı Kəmaləddin Həmidov icra edir.


Teqlər:





Xəbər lenti