Yeni komitə sədrinin BİOQRAFİYASI

Yeni komitə sədrinin BİOQRAFİYASI
  21 İyul 2014    Oxunub:968
Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Milli Məclisin deputatı və YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı uzun müddətdir ki, boş qalan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edildi.
AzVision.az Mübariz Qurbanlının bioqrafiyasını oxuculara təqdim edir:

O, 1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tarix elmləri namizədi, dosentdir.
1978-ci ildən Şəmkir rayon Koltəhnəli kənd orta məktəbində müəllim işləyib.

1985-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. Hazırda həmin universitetin dosentidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir.

Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavinidir.

Evlidir, 2 övladı var.

AzVision.az


Teqlər:





Xəbər lenti