Yeni komitə sədrindən ilk təbrik

Yeni komitə sədrindən ilk təbrik
  28 İyul 2014    Oxunub:889
Prezidentin sərəncamı ilə iyulun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilən Mübariz Qurbanlı Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

AzVision.az xəbər verir ki, komitə sədrinin facebook səhifəsindən ünvanladığı təbrikdə qeyd edilir:

"Hörmətli dostlar, əziz həmvətənlər!

Sizin hər birinizi mübarək Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, Uca Allahdan sizlərə xoşbəxt və firavan həyat arzulayıram! Tutduğunuz orucların, Vətənimizin əmin-amanlığı, şəhidlərimizin əziz ruhları üçün etdiyiniz duaların Tanrı dərgahında qəbul olunmasını diləyirəm. Süfrəniz xeyir-bərəkətli, canınız sağlam olsun! Mənə ünvanladığınız bayram təbriklərinə görə də Sizlərə təşəkkürümü bildirirəm!”.


Teqlər:  





Xəbər lenti