Yeni il ərəfəsində əfv gözlənilir

Yeni il ərəfəsində əfv gözlənilir
  21 Noyabr 2014    Oxunub:2130
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində əfv gözlənilir.

Bu barədə AzVision.az-a Ombudsman Aparatının Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov bildirib.

Ombudsman rəsmisi qeyd edib ki, əfv olunmaq istəyən məhbusların sayı artıb. Onun sözlərinə görə, müraciət edən kişilərin sayı qadınlardan daha çoxdur:

“Biz əfvlə bağlı müraciətləri hər ayın axırı Əfv Məsələləri üzrə Komissiyaya göndəririk. Bu ayın sonunda da müraciətləri Komissiyaya göndərəcəyik. Qurban bayramındakı əfv sərəncamından sonra müraciət edənlərin sayı daha da artıb. Əfv sərəncamı prezidentin müstəsna səlahiyyətinə daxildir. Bizdə cəmi 400-ə yaxın məhkum qadın var. Amma kişi məhkumların sayı isə çoxdur. Buna görə də əfvlə bağlı müraciət edən kişilərin sayı da qadınlardan daha çoxdur. Tanınmış məhkumlardan isə hələ ki, əfvlə bağlı bizə müraciət edən olmayıb. Biz məhkumlar arasında əfv etmənin qaydaları ilə bağlı maarifləndirmə işləri aparırıq”.

Vüqar Məhərrəmovun fikrincə, hər il olduğu kimi bu ildə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində əfv sərəncamı verilə bilər.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti